Baku Shopping Festival

Bakı Şopinq Festivalında Ordubad nemətləri

Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer aldı. Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və Bakı sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir.

Ölkəmizin dilbər güşəsi olan Naxçıvanın Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edirik.

Bakının Aşıq Alı küçəsi, 3C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında mayın 10-dək ərzaq məhsullarına 30 faizədək ediləcək. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Ordubad nemətləri” mağazasında alış-veriş etməklə, həm yüksək keyfiyyətli sağlam qidalar almağa, həm də öz büdcəsinə qənaət etməyə dəvət edir.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz məhsulları sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!