Bakı Şopinq Festivalının daha bir töhvəsi

“Celine” mağazasında da alış-verişi sərfəli qiymətlərlə edin!

Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazalardan biri olan “Celine”də festival güzəştlərini qaçırmayın! Bakı Şopinq Festivalının iştirakçısına çevrilən “Celine” mağazasında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz.

Bakı şəhəri, Neftçilər prospekti, 25A ünvanında yerləşən məşhur “Celine” mağazasında qiymətlər və şərtlər indiyədək heç vaxt belə sərfəli olmamışdı. Turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Celine” brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan bu mağazada seçilmiş mallara 30%-dək güzəştlər təklif edilir. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə  dəvət edir. Bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu “Celine” mağazasında alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: