BAKI TİCARƏT FESTİVALI HAQQINDA NƏLƏRİ BİLMƏLİ?

Aprelin 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalı (Şopinq Festivalı) keçirilir.

Mayın 10-dək davam edəcək ticarət festivalının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Belə festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.

Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “Tax free” sistemi tətbiq ediləcək – Baku Shopping Festival günlərində 100 manatlıq və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı “Tax free” sistemindən yararlana biləcək.

ƏDV necə qaytarılacaq?

Azərbaycan vətəndaşları və ölkəmizin qonaqları ƏDV-ni geri almaq üçün 3 əsas məqama diqqət etməlidirlər:

– alış-veriş zamanı satıcıya ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyinizi bildirməlisiniz. Sonra elektron hesab-fakturanın (e-VHF) doldurulması üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Satıcı e-VHF-i doldurub sizə iki nüsxədə təqdim edəcək. Hesab-fakturada satıcının imzası, xüsusi möhür, qaytarılacaq məbləğ və ƏDV-nin qaytarılması üçün son tarix göstərilməlidir;

– növbəti mərhələdə hesab-faktura xüsusi vergi köşklərinə təqdim edilməlidir. Köşklər Bakının 28 Mall, Port Baku, Nargiz Mall, Park Bulvar, Metro Park və Ganjlik Mall ticarət-əyləncə mərkəzlərində yerləşir. Vergi xidmətinin əməkdaşı hesab-fakturanı yoxlayıb möhürləyəcək;

-sonda müvəkkil banklardan birinə yaxınlaşıb ƏDV-ni geri qaytara bilərsiniz. (Festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq, müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Way” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.
Festival zamanı ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Bankın adı Filial və ya şöbə Ünvan Yaxın Ticarət Mərkəzi
“PAŞA Bank” ASC Port Baku şöbəsi Neftçilər prospekti 53 Port Baku TM daxilində

“Kapital Bank” ASC “Gənclik Mall” filialı Fətəli Xan Xoyski prospekti “Gənclik Mall” TM daxilində
“28 may filialı” Azadlıq prospekti 26 “28 Mall” TM yaxın
“Yapı Kredi Bank Azərbaycan” QSC “Nərimanov Metropark” filialı Təbriz küçəsi, 106A “Metropark” TM daxilində
Səbail filialı Nizami küçəsi 69 “Nərgiz Mall” TM yaxın
28 May fililalı Rəşid Behbudov küçəsi 8 “Park Bulvar” TM və “28 Mall” TM yaxın
“Azərbaycan Sənaye Bankı” ASC Baş ofis Zərifə Əliyeva 3 “Nərgiz Mall” TM yaxın
“Park Bulvar” filialı Neftçilər pr-ti. Dənizkənarı Bulvar “Park Bulvar” TM daxilində
“Bank Silk Vey” ASC Baş ofis Həsən Əliyev küç., 131A “Gənclik Mall” TM yaxın
1 №-li filial Nizami küç., 142A 28 Mall TM yaxın
Havalimanları və Dəniz limanı “tax free” bölməsi
1 saylı şöbə H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal Gömrük keçid məntəqəsindən sonra
Gəncə filialı Gəncə Beynəlxalq Hava Limanı Hava limanında
Lənkəran filialı Lənkəran Beynəlxalq Hava Limanı Hava limanında
Mübadilə şöbəsi Qəbələ Beynəlxalq Hava Limanı Hava limanında
Şəhər Dəniz limanında tax free bölməsi Şəhər Dəniz limanı Gömrük keçid məntəqəsindən sonra
ƏDV nağd şəkildə milli valyuta ilə bir gün ərzində qaytarılır. ƏDV-ni nağdsız şəkildə əldə etmək istəyənlər banklara yaxınlaşmadan hesab-fakturanı vergi köşklərinin yanında quraşdırılan xüsusi qutulara yerləşdirməlidirlər. Bu halda ƏDV-nin məbləği 10 iş günü ərzində sizin hesabınıza yatırılacaq.

Seçdiyiniz üsuldan asılı olmayaraq, qaytarılacaq ƏDV-nin məbləğindən 20% xidmət haqqı tutulur.

Ticarət festivalları dövründə hansı mallar üçün ƏDV qaytarılmayacaq?

“Tax-free” sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.

Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların ilkin siyahısı

Müştərilər mayın 10-dək Albatros, Alexander McQueen, Bally, Balenciaga, Burberry, Burberry kids, Chloe, Corneliani, Dsquared, Dolce & Gabbana, Dolce & Gabbana Junior, Diesel, Diane Von Furstenberg, Emilio Pucci, Emporium man, Emporium Young, Emporio-Armani, Emporio Armani, Ermenegildo Zegna, Escada, Etro, Fendi, Giorgio Armani, Givenchy, Guess, Guess by Marciano, Gucci, Gucci Kids, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lanvin, Pal Zileri, Ralph Lauren, Roberto Cavalli, Marina Rinaldi, Marni, Max&Co, Max&Co 2, Weekend Max Mara, Salvatore Ferragamo, Stella McCartney, St. John, Scoop, Tory Burch, BISQUE,Valentino, Red Valentino, TODS, Celio, Mango, Next, Soliton, Ideal, MAC, VIP Avia, Carlo, Pazolini, La Perla, Knock Knock Interiors və CHELEBI mağazalarında alış-veriş edə bilərlər.
Bakı Şopinq Festivalında qeydiyyatdan keçən mağazaların sayı günü-gündən artır. Festivalda iştirak edən mağazaların davamlı olaraq yenilənən siyahısını http://bakushopfest.com/our-stores/ linkindən əldə edə bilərsiniz. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: