Bakı trasında hasarlar bərkidilib

Bakı yürüşü uik-endinin başlanğıcında 12-ci və 13-cü döngələr hissəsində çalışan marşallar hasarlardan ikisinin dayağının zəif bərkidildiyinə diqqət yetiriblər. Bu, trasın həmin hissəsində bolidin baryerə toxunması zamanı qəza baş verəcəyi halda, ciddi fəsadlar yarada bilərdi.

Frame.az xəbər verir ki, belə hallarda problem barədə yürüşlərin rəhbərliyi məlumatlandırılmalıdır. Ümumiyyətlə şəhər traslarında marşalların işi asan olmur. Çünki hər tərəfdə evlərin divarları olduğundan onlar demək olar ki, hasarın yanında dayanırlar.

Beynəlxalq Avtomobil Federasiyasında daxil olmuş siqnalı araşdıraraq təsdiq ediblər ki, texniki təhlükəsizliyin pozulması göz qabağındadır. Onlar yürüş təşkilatçıları ilə birgə zəruri tədbirlər görüblər. Bu gün səhər marşal xidmətləri öz postlarını tutduğu zaman artıq problem aradan qaldırılmışdı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: