Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində tamaşa nümayiş etdirəcək

Bakı Uşaq Teatrı oktyabr–noyabr aylarında Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin 15 cəzaçəkmə müəssisəsində “Qeyri-adi məhkəmə” tamaşasını nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərini kollektiv interaktiv üslubda -seminar tamaşa janrında hazırlayıb.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır.

Tamaşada təsadüfən SPİD-ə yoluxmuş bir nəfərin başına gələn hadisələrdən bəhs olunur.

Maarifləndirici xarakter daşıyan tamaşada İntiqam Soltan, İlhamə Əhmədova, Əli Qulu Səmədov, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Türkan Şahmarlı, Rafael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları iştirak edəcəklər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: