Frame LifeMotivasiyaSağlamlıq

Bakıda ən böyük yoqa festivalı keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı, Bakı Bulvarı Administrasiyası və Hindistanın Azərbaycandakı Səfirliyi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində 23 iyul tarixində açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil edəcək. Festivalın başlıca hədəfi sağlam həyat tərzini populyarlaşdırmaqdır.

Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayacaq. Gün ərzində siz müxtəlif tədbirlərdə iştirak edə biləcəksiniz.

Festivalın iştirakçıları: “Yoga Shahi” studiyası, “The Art Of Living” Beynəlxalq Fondu və “Sevimli bala” uşaq təşkilatıdır.

Sizi nələr gözləyir: Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, uçan yoqa, sağlam qida və əla əhval-ruhiyyə!

Festivalın proqramı:
10:00 – 10:40 – yaşıl qazonda yoqa
11:00 – 19:00 – 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, uçan yoqa, DJ-lərin çıxışı
13:00 –15:00 – vegetarian mətbəxi
19:00 – 22:00 – musiqili çıxışlar və alovlu şou

İştirak hamı üçün sərbəstdir

* yoqa döşəkçələrinin məhdud sayını nəzərə alaraq, xahiş edirik, özünüzlə döşəkçələr gətirəsiniz.

Tarix: 23 iyul
Vaxt: 10:00 – 22:00
Məkan: Bayıl qəs., Yeni bulvar, Su İdman Sarayının yaxınlığı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!