EventsSağlamlıq

Bakıda 3.Azərbaycan-Alman-Türk Tibb Konqresi öz işinə start verdi

21 aprel tarixində Bakıda 3.Azərbaycan-Alman-Türk Tibb Konqresi öz işinə start verdi. Kongresin işində Almaniya, İsveçrə və Turkiyədən dəvət edilmiş 15-ə yaxın professor heyəti iştirak edirdi. Nəzərinizə çatdiraq ki, Bakıda 3-cü dəfə təşkil edilən bu konqres beynəlxalq institutlar tərəfindən beynəlxalq tədbir kimi tanınmış və 24 CME (davamlı tibb təhsili) balı verilmişdir. Tədbir ilk öncə konqres prezidentlərinin xarici qonaqlarla birgə Ulu öndər Heydər Əliyevin məzarının ziyarətilə başladı. Sonra Monolit Plaza otelində açılış mərasimi baş tutdu. Açılışı nitqi ilə çıxış edən konqresin prezidenti, Alman-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Prof.Dr.Med. Qurbanxan Müslümov iştirakçıları salamlayaraq Azərbaycan-Alman-Türk əməkdaşlığının tarixçəsi barədə danışaraq, bu əməkdaşlığın təməlində uzun illər boyu davam edən ölkələrarası dostluq munasibətlərilə yanaşı tibb alimləri arasında olan münasibətlərin də vacibliyini qeyd etdi.Sonra çıxışı Almaniyadan dəvət olunmuş digər konqres prezidentləri Siegen Mariankrankenhaus klinikasının tibb direktoru,Cərrahiyyə klinikasının rəhbəri Prof.Dr.Med.Frank Wielleke və Hamburg One Klinikasının əməkdaşı Dr.Med.Dəniz Uyak davam etdirərək, qonaqları salamladılar və konqres iştirakçılarına uğurlar arzuladılar.

Daha sonra söz Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Michael Kingsgrab və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Makbulə xanım Koçaka verildi.

Sonra Milli Məclisin deputatları Rəşad Mahmudov, Qənirə Paşayeva və Elman Nəsirov da öz növbəsində Alman-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən uzun illərdən bəri təşkil olunan beynəlxalq konqreslərdə hər zaman iştirakdan məmnunluq duyduqlarını qeyd edərək bu tip tədbirlərin Azərbaycanda tibbin inkişafında müstəsna rol oynadığını qeyd etdilər. Bu gün regionda bu səviyyəli treyninqlərin təşkil edildiyi azsaylı kogreslərdən növbətisinin Azərbaycanda təşkil edilməsində qürur duyduqlarını söyləyən millət vəkilləri konqresin işinə və iştirakçılara uğurlar arzuladılar. Konqres sabah öz işini iclaslar, diskussiyalar və treyninqlərlə davam etdirdi. Tibb Universitetinin Cərrahiyyə klinikasının direktoru prof. Surxay Hadıyev qonaqları və iştirakçıları salamlayaraq daha çox tibb tələbələrinin tədrisi üçün faydalı olan bu tip konqres və treyninqlərin əhəmiyyətini xüsusi vurğuladı və konqresə uğurlar arzuladı. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!