EventsFestivallar

Bakıda 8-ci Avropa Film Festivalına start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda, Türk Hava Yolları və İnturist Bakı Mehmanxanasının yardımı ilə Bakıda 8-ci Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-12 noyabr tarixlərində keçiriləcəkdir.

Proqrama 19 Avropa İttifaqı ölkəsindən (Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq), eləcə də Norveç və Azərbaycandan 21 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilmişdir.

Festival zamanı Avropa kino industriyasının son tendensiyaları ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadir Balcı, Portuqaliyadan João Nicolau Teyşeyra Rikardo və Hollandiyadan Yoram Lürsen ilə müzakirələr aparmaq imkanı olacaqdır. Bütün tədbirlər ictimaiyyət üçün açıq şəkildə təşkil ediləcək və “yer birinci gələnindir” prinsipi əsasında giriş sərbəst olacaqdır.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 8-ci Avropa Film Festivalı 12-20 oktyabr tarixlərində 3.000 nəfəri qonaq etmiş və uğur qazanmış 1-ci İMAGİNE Avro Tolerantlıq Festivalından bir neçə həftə sonra başlayır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!