MədəniyyətSərgiTəqdimat

Bakıda amerikalı gənc rəssamın əsərləri sərgilənəcək

İyunun 30-da “Art Tover” qalereyasında amerikalı tanınmış gənc rəssam Matthew Sekutanın sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Ekspozisiyada ABŞ və Azərbaycanın müxtəlif sahələrdəki əməkdaşlığına aid əsərlər yer alacaq.

Sərgi iyulun 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Qeyd edək ki, Matthew Sekuta ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın oğludur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!