Bakıda beynəlxalq elmi konfrans təşkil olunacaq

Sentyabrın 12-dən 14-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan Frame.az-a bildiriblər ki, tədbir “INOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşdırılacaq.

Beynəlxalq konfrans AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunacaq.

Konfrans barədə ətraflı məlumatı http://inocte.org/en/ linkindən əldə etmək olar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: