FutbolIdman

Bakıda böyük coşqu yaşanıb

Avqustun 23-də Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə cavab qarşılaşmasında sərfəli nəticəyə nail olaraq bu mötəbər turnirin qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb.

Frame.az xəbər verir ki, əllərində Azərbaycan Respublikasının və “Qarabağ” klubunun bayraqlarını tutan şəhər sakinləri gecə boyunca bu böyük uğuru böyük coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, avqustun 15-də Bakıda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Səfər oyununda isə 1:2 hesabı ilə məğlub olan ağdamlılar rəqib meydanında vurduqları qol sayəsində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!