Idman

Bakıda cüdo üzrə dünya çempionatına start verilir

Bu gün Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start veriləcək.

Frame.az xəbər verir ki, sentyabrın 27-dək davam edəcək çempionatda 129 ölkədən 800-dən çox cüdoçu mübarizə aparacaq.

Yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil edəcəklər. O.Səfərov ilk görüşündə Monqolustan təmsilçisi Amartuvşin Bayaraa, K.Hüseynov belçikalı Joran Şildermans, A.Qurbanlı isə niderlandlı Amber Gersjes ilə qarşılaşacaq.

Çempionatda fərdi yarışlar hər gün saat 10:00-da, medal uğrunda qarşılaşmalar saat 16:00-da başlayacaq.

Dünya çempionatına biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn qaydada “iTicket.az” saytından almaq olar.

Kateqoriyalara uyğun olaraq biletlərin qiyməti səhər yarışları üçün 1,5, VIP yerlərə 25 manat, final mərhələsi üçün isə 2 manatdan 10 manatadək, VIP yerlərə 50 manatdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!