FestivallarMədəniyyətTəqdimat

Bakıda Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

Bakıda, “Art Tover” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə baş tutacaq. Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

O deyib ki, oktyabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılan festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunacaq. Müxtəlif rəsm qalereyalarında keçiriləcək festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yeni potensiala malik yaradıcı insanları kəşf etməkdən ibarətdir. Festival adət-ənənələri qorumaq, təbliğ etmək, gənclərin əl işlərini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!