Bakıda “Dota 2” oyunu üzrə “Red Bull Son Çempion” turnirin finalı keçirilib

Artıq ikinci dəfədir ki, ölkəmizdə Dota 2 oyunu üzrə “Red Bull Son Çempion 2018” çempionatı keçirilib.

Azərbaycan kiber idmanı tarixində, “Dota 2” oyunu üzrə turnirə birinci dəfədir ki, 32 komanda qoşulub.

Final oyunu keçən ilki qaliblərin – “Cozy Boys” (“Young P.I.M.P.S and O.G” – keçən ilki adları) və “ŞapŞup” komandası arasında keçdi. Həlledici mərhələdə, qalib, 5 oyun nəticəsində müyyənləşir. İlk iki oyunun qalibi “ŞapŞup” komandası oldu və 2:0 hesabı ilə irəliyirdi. Üçüncü oyunda “Cozy Boys” komandası öz gücünü tam göstərərək qalib gələ bildi və hesab 2:1 oldu. Sonuncu oyunda hər iki komanda yüksək gərginlik altında ola-ola keçdi, amma yenə də bu il “ŞapŞup” komandası nə qədər hazırlıqlı və güclü olduqlarını sübut edərək qalib gəldilər (3:1).

“ŞapŞup” komandasının qalib üzvləri: Emin İsmayılov (kapitan), Əli İbrahimov, Vüqar Məmmədov, Alı Əliyev, İbrahim Əliyev.

Mükafat fondu:

“Bakinity” mağazasından birinci yer üçün nəzərdə tutulmuş 2500 AZN-lıq kupon.

Təşkilatçılar tərəfindən birinci yer üçün nəzərdə tutulmuş 2500 AZN.

“Cyber Arena Baku” tərəfindən 2-ci yer (“Cozy Boys” komandası) – 600 AZN, 3-cü yer (“Guardian Gaming” komandası) – 300 AZN, 4-cü yer (“BT” komandası) – 150 AZN və 5-ci yer (“Spectatular Eyes” komandası) – 100 pulsuz saat.

Tərəfdaşlar: “Bakinity” – kompüter və İT (ayti) avadanlığı mağazası, Azərbaycan Kiber İdman Federasiyası, “Cyber Arena Baku” internet klubu.

“Dota 2” – “Valve Corporation” tərəfindən hazırlanan çoxistifadəçili kompüter oyunudur. Bu gün bu oyun fəal kiberidman növüdür və bütün dünyadan müxtəlif beynəlxalq yarışlarda və liqalarda mübarizə aparan çox sayda peşəkar komandaları cəlb edir. “Dota 2” kiberidman tarixində ən yüksək mükafat fondlu oyun növüdür, bu mükafatlar iyirmi milyon dollara çatır.

Oyunda öz bazasına malik, hər biri beş oyunçudan ibarət olan iki komanda iştirak edir. Bütün oyunçular müxtəlif rollara, qabiliyyətlərə və oyun üslubuna malik olan qəhrəmanı seçirlər. Nəticədə bir saatdan çox davam edə bilən oyunda, rəqibin əsas qalasını dağıdan komanda qalib gəlir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: