Bakıda ekoloji sərgi keçirilib

Bakıda ekoloji layihə əsasında Arts Council Azerbaijan və «Art school» yaradıcılıq məktəbinin təşəbbüsü ilə Art Tower qalereyasında məktəbin şagirdlərinin əl işlərindən ibarət olan « Su uşaqların gözü ilə » adlı fərdi sərgi açılıb.

Tədbirdə Arts Council Azerbaijanın rəhbəri Dadaş Məmmədov, Kür-2 layihəsinin koordinator və  əsas sözcüsü Meri Metyuz və «Art school» yaradıcılıq məktəbinin direktoru Sona xanım Quliyeva da iştirak edib.

Sərgidə uşaqların suya həsr olunmuş əl işləri sərgilənib, suyun ekoloji vacib rolundan və faydalarından bəhs edilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: