Baku City CircuitFormula 1IdmanMusiqiƏyləncə

Bakıda Formula 1 həyəcanı əyləncə proqramı ilə davam edib

Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında “Baku Crystal Hall”a toplaşıblar.

Frame.az xəbər verir ki, Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sıralama turundan sonra məşhur müğənni Cessi Cey Bakıda səhnəyə çıxıb. “Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.

“Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan britaniyalı müğənninin “Who You Are” albomu milyonlarla satılıb. Bu albom ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinql isə aprelin 26-da buraxılıb.

Möhtəşəm anların yaşandığı konsertdən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!