Bakıda Formula 1-in ilk sessiyası ləğv olunub

Bu gün demək olar ki, bütün pilotlar müəyyən olunmuş dairəni keçə biliblər. Belə ki, yürüşün 13-cü dəqiqəsində sessiyanı qırmızı bayraqlarla dayandırıblar: düz yolda Corc Rasselin “Williams” bolidinin açıq lüklə təmasından sonra onun dibi və diffuzoru dağılıb, trasa tökülən parçaları yığışdırmaq, maşını isə evakuasiya etmək lazım gəlib.

Frame.az xəbər verir ki, FIA nümayəndələri lüklə bağlı problemi həll etmək üçün hadisə yerinə gəliblər. Digər lüklərin da qaynaq olunub olunmadığını yoxlamaq üçün fasilə uzanıb. Yürüşün direksiyasında komandaları böyük fasilə ilə bağlı xəbərdar ediblər. Bu, Çarli Uaytinqin olmadığı vaxtdan sonra baş verən ilk ciddi insidentdir.

Rasselin bolidinin evakuasiyası zamanı qaldırıcısı olan maşın reklam körpüsünə dəyib, qaldırıcı qırılıb, bolidi isə digər maşına yükləmək lazım gəlib. Bu səhər işlər o qədər də yaxşı olmayıb. Bir neçə dəqiqədən sonra FIA elan edib ki, sessiya davam edəcək. Formula 2 təsnifatının başlamasına qədər üç yüz lükün hamısını yoxlamaq lazım gəlib. Onun başlamasına bir saata yaxın vaxt qalır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: