Baku City CircuitFormula 1Idman

Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası təşkil olunub

Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda pilotların avtoqraf sessiyası keçirilib.

Frame.az xəbər verir ki, sessiya Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunub.

Birinci sessiyada “Red bull Racing”, “Ferrai” və “Renault” komandalarının pilotları azarkeşlərlə görüşüb, onlara avtoqraf veriblər.

Növbəti avtoqraf sessiyaları aprelin 27-də və 28-də baş tutacaq. Aprelin 27-də “Racing Point”, “Alfa Romeo” və “Mercedes”, ertəsi günü isə “Williams”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyalarında iştirak edəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!