PR-TanıtımTəqdimat

Bakıda “Forsaj-şou” keçiriləcək

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.

Şou təşkilatçıları Frame.az-a bildiriblər ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir.

Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.

Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!