QalereyaSərgiTəqdimat

Bakıda iki meksikalı rəssamın həyatına həsr edilmiş sərgi açılıb

İyulun 6-da Bakı şəhərində “Ləndmark”da görkəmli meksikalı rəssamlar Frida Kalo və Dieqo Riveranın həyatına həsr olunmuş “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı fotosərgi açılıb.

Frame.az  xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən bu sərgidə 100-dək foto yer alıb.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini çıxış edərək sərginin əhəmiyyətindən danışıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan səfir bu kimi tədbirlərin ikitərəfli münasibətlərin daha da inkişafı üçün zəmin yaradacağını qeyd edib.

Qeyd edək ki, Dieqo Rivera və Frida Kalo Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindəndir. Onların parlaq şəxsiyyətləri dövrünün müasirlərində müxtəlif hisslər, heyranlıq oyadırdı.

Evləndikləri 1929-cu ildən Fridanın dünyasını dəyişdiyi 1954-cü ilədək, təxminən 25 il ərzində birlikdə olan bu cütlüyün münasibətləri görüşlərin və ayrılıqların sonsuzluğu, sevgi və nifrət, bölüşmək və rəqabət üzərində qurulub. Bu “ittifaq” XX əsrin birinci yarısında Meksikada şəxsi münasibətlərin yeni səhifəsini açıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!