Bakıda ilk peşəkar vizaj məktəbi olan “Make-up Academy“-nin açılışı baş tutdu

Zərif əllərlə yaradılmış qadın gözəlliyi hər bir insana müsbət təsir edir xoş təəsürat yaradır.

Avqustun 10-da Bakı şəhərinin ilk peşəkar vizaj məktəbi olan  “Make-up Academy”-nin yeni studiyasının açılışı oldu.

Furşet formatda keçirilən açılışda hər bir qonaq əziz və istəkli idi.

Makeup Academy-  sertifikatlaşdırılmış beynəlxalq səviyyəli ustamüəllimlərin işlədiyi və özlərini gözəllik sənayesinə həsr etməyə qərar verən hər kəsə öz biliklərini bölüşməyə hazır olan mütəxəsislərin toplaşdığı bir təlim mərkəzidir.

Vizajist hər zaman istək və tələbli qalmaq imkanı verən parlaq və maraqlı bir peşədir.

Furşet zamanı tədbirin təşkilatçıları bütün əvvəlki peşə hazırlıq kurslarından fotoşəkilləri paylaşdılar. Bu günə qədər olan 9 sezondan buraxılan 200-ə yaxın iştirakçının dərs və sertifikatlaşdırma forması barədə məlumat verildi.

Praktiki təlimlərin rahatlığı üçün mərkəz bütün iştirakçılara makiyaj texnikasını inkişaf etdirmək məqsədi ilə model təqdim edir. Bundan əlavə zəruri olan kosmetika və fırçalar da tədris mərkəzi tərəfindən təqdim edilir. 

Mərkəzin unikallığı ondadır ki, məktəbdə biliklərin əldə edilməsi prosesi müxtəlif müsabiqələrdə iştirak etmək, eləcə də Dünya Şahmat Çempionatı, Azerbaijan Fashion Week kimi beynəlxalq tədbirlərdə tətbiq olunan biliklərin tətbiqi ilə həyata keçirilir.

Məktəbimizin müvəffəqiyyətli məzunları Bakının ən yaxşı və tanınmış salonlarından iş təklifləri alır və artıq bəziləri öz peşəkar karyerasını davam etdirmək imkanı da əldə ediblər.

 Make-up Academy”-nın əsas məqsədi həm özləri, həm də peşə fəaliyyəti üçün kosmetikadan istifadə etmək sənətinə maraq göstərən hər kəsə bu gözəlliyin sirrlərini öyrətməkdir.

Bütün qadınlar hər yaşda gözəldirlər və məktəbimizin gələcək makiyaj sənətçiləri sizi bunda əmin olmanıza kömək edəcək.

Öz gizli istedadınızı reallaşdırmaq və incəlik aləminə baş vurmaq istəyirsinizsə, onda “Make-up Academy” tədris mərkəzinə tələsin!

Əlaqə:  Тел: +99451 408 0086 +99455 408 0086;

İnstaqram: @makeupacademybaku;

Facebookhttps://www.facebook.com/ MakeUpAcademyBaku/

Frame.az

Ülviyyə Ədalətqızı

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: