Bakıda istedadlı rəssam Vüqar Əlinin sərgisi açılacaq

Bakıda oktyabrın 22-də istedadlı rəssam Vüqar Əlinin əsərlərindən ibarət sərgi açılacaq.

Frame.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi Bakı Beynəlxalq Caz Festivalının açılışı münasibətilə reallaşır. Oktyabrın 31-dək davam edəcək tədbirdə rəssamın musiqiyə, eləcə də caza həsr olunmuş əsərləri sərgilənəcək.

Vüqar Əli 1970–ci ildə Bakıda doğulub. Ə. Əzimzadə adına Rəssamlıq məktəbində, İncəsənət İnstitutunun sənaye qrafikası fakültəsində təhsil alıb. 1994-cü ildən başlayaraq onlarla sərginin iştirakçısı olub. 2007-ci ildə İran İslam Respublikasında keçirilən Biennaledə diploma layiq görülüb. Əsərləri Türkiyə, Almaniya, Estoniya, Polşa, Əsərləri Norveç, Rusiya və Bolqarıstanda şəxsi kolleksiyalarda saxlanılır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: