FashionFestivallarMədəniyyətTəqdimat

Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib

25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirildi.

Simpoziumun proqramı konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət idi. Tədbirə 22 ölkədən 83 iştirakçı qatıldı.

Simpoziumun ikinci günü “Four Seasons Baku” otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi keçirildi. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn 7 modelyerlər öz kolleksiyalarında keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim etdilər. Moda nümayişi zamanı iştirakçılar və qonaqlar üçün hədiyyələrlə dolu uduşlu loloteya keçirildi.

Tədbirdə “Qaya” qrupu çıxış etdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!