Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində Böyük Britaniyanı 13 cüdoçu təmsil edəcək

Cüdo üzrə Böyük Britaniya yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək heyəti açıqlanıb.

Frame.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Bakı tatamisində qadınların yarışında Böyük Britaniya yığması geniş heyətlə təmsil olunacaq. Belə ki, britaniyalı qadın cüdoçular 6 çəki dərəcəsində 8 cüdoçu ilə yarışa qatılacaqlar. Kişilərin yarışlarında isə üç çəki dərəcəsində dörd cüdoçu mübarizə aparacaq.

Qeyd edək ki, indiyədək 32 ölkə (249 cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: