Bakıda keçiriləcək “Monex Caspian” sammiti çərçivəsində məşhur müğənni İnnanın konserti olacaq

Bakıda keçiriləcək “Monex Caspian” sammiti çərçivəsində məşhur müğənni İnnanın konserti təşkil ediləcək.

Sammitin media tərəfdaşı olan Frame.az xəbər verir ki, mayın 31-də “Elektra Events Hall”da baş tutacaq konsertə biletləri şəhərin kassalarından və ya iticket.az saytından əldə edə bilərsiniz.

Xatırladaq ki, mayın 30-31-də Bakıda “Monex Caspian” sammiti keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilən sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq spiker və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: