Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibləri müəyyənləşib

Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci yarışın qalibləri mükafatlandırılıb.

Frame.az xəbər verir ki, yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Mükafatları qaliblərə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.

Aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: