Bakida keçirilən “Turkish Airlines World Golf Cup” yarışının qalibi azərbaycanlı oldu

Mülki aviasiya sahəsində dünya lideri olan “Türk Hava Yolları” aviaşirkəti artıq populyarlıq əldə edən “Turkish Airlines World Golf Cup” həvəskarlar arasında turnirin seçmə yarışlarını Bakının “Dreamland” qolf klubunda keçirib.

Digər aviaşirkətlərdən daha çox ölkələr və istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” mükafatlara layiq görülmüş biznes-sinif xidməti, dünyanın 100 şəhərindən 8 mindən çox qonağın qatıldığı “Turkish Airlines World Golf Cup” yarışına sadiqliyi və sərnişinlərə misilsiz uçuş təcrübə bəxş edilməsinə istiqamətlənən digər görkəmli xidmətləri ilə fəxr edir.

Aviaşirkət idman rəqabətinin müxtəlif ölkələrdən insanları ruhlandırmaq və birləşdirmək qabiliyyətinə inanır. Qolf üzrə həvəskarlar arasında turnir “Türk Hava Yolları”nın qolfa, həmçinin basketbol, futbol və reqbi kimi idman növlərinə bütün səviyyələrdə göstərdiyi dəstəyin bariz nümünəsidir. Qlobal aviadaşıyıcı sərnişinlərə qolf qarmağlarını təyyarədə pulsuz daşımağa imkan yaradır.

Bakıda keçirilən tədbir yerli işgüzar cəmiyyət tərəfindən lazımi dəstək almış, iştirakçılar arasına isə “Dreamland” qolf klubunun nüfuzlu üzvləri də qatılıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

Seçmə yarışların qalibləri “Turkish Airlines World Golf Cup” qrand-finalında iştirak edəcək, həmçinin biznes siniflə Antalyaya və geriyə uçuş və beş ulduzlu “Deluxe Belek Titanic” hotelində qalmaq şansı əldə edəcək. Qrand-finalın aparıcı oyunçuları isə “Turkish Airlines Open Pro-Am” peşəkar turnirinə qatılacaqlar.

Azərbaycanı qrand-finalda 42 xal toplayaraq birinci yerə layiq görülən Eldar Kərimov təmsil edəcək. Bakıdakı seçmə mərhələnin ikinci və üçüncü yerlərini müvafiq olaraq Rey Jak və Nik Xor tutublar.

Onuncu dəlikdə “Ən yaxın zərbə” nominasiyasının qalibləri kişi kateqoriyasında Leo Troup, qadın kateqoriyasında isə Syuzen Drammond olublar. Ən aşağı qross hesabı 79 xal ilə Darren Tomson nümayiş etdirdi.

“Biz “Turkish Airlines World Golf Cup” yarışının Bakıda uğurla keçməsinə töhfə verən bütün qonaqlarımıza təşəkkür bildirmək istərdik. Bu, çox gözəl turnir idi və biz qalib olan Eldar bəyi təbrik edib, ona Antalyada uğurlar arzulayırıq”, – deyə “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: