EventsTəqdimatƏn Son

Bakıda keçirilən sərgilərdə biznes üçün ideyalar

Cari ilin payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi keçiriləcəkdir. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. Payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və Estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “BakuTel” sərgiləri daxildir. Sözügedən sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Payız sərgi mövsümünü ilk olaraq 19-21 sentyabr tarixində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”, 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri açacaq. Müasir səhiyyə geniş biliklərə, həkim və klinikaların zəngin təcrübəsinə, innovasiyaya bağlıdır. Bütün bunları dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir arada toplayacaq “BIHE 2016” sərgisində görmək mümkündür. Sərginin debütantları arasında Azərbaycan, Çexiya, Belçika və Tunisi təmsil edən şirkətlər yer alır. Builki sərginin fərqləndirici cəhətlərindən biri isə farmakologiya sektoruna olan marağın artmasıdır. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyalar, eləcə də farmakoloji zavodların istifadəyə hazır vəziyyətdə inşa olunması üzrə təkliflər verməyi planlaşdırırlar.

“Stomatology Azerbaijan 2016” sərgisində yeni stomatoloji avadanlıqlar və istehlak materialları, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar, habelə ağız boşluğunun gigiyenası üçün vasitələr təqdim olunacaq. Yubiley “Beauty Azerbaijan” sərgisində Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrin iştirakı gözlənilir. Builki sərgidə Taylandı təmsil edən şirkətlər debüt edir. İtaliyanın kosmetika şirkətləri sərgidə qrup şəklində təmsil olunacaqlar. Bu il sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və bir sıra digər məhsullar yer alır. İlk dəfə olaraq, “Beauty Azerbaijan 2016” sərgisində bir tərəfdən yerli distribyutor və gözəllik salonlarının, digər tərəfdən isə xarici şirkətlərin iştirakı ilə seminar keçiriləcək. Bu seminar əvvəlcədən planlaşdırılmış görüş sayəsində aparıcı yerli şirkət və gözəllik salonlarının nümayəndələri ilə (vasitəçi olmadan) birbaşa danışıqlar aparmaq və işgüzar əlaqələr qurmağa kömək edəcək.

Daha sonra sərgi mövsümü Xəzəryanı regionun ən böyük sərgi tədbiri – “Xəzər İnşaat Həftəsi” ilə davam edəcək. Bu tədbir çərçivəsində 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016”, 9-cu Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi “AquaTherm Baku 2016” və 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “CIРS Securika 2016” sərgiləri keçiriləcək (19-22 oktyabr). Bu il “BakuBuild” və “CIРS Securika” sərgiləri kompleks rebrendinq mərhələsindən keçib. “Xəzər İnşaat Həftəsi” dünyanın 20-dən çox ölkəsini təmsil edən 400-dən artıq şirkəti və bir sıra milli stendi bir araya gətirəcək. Sərgilərdə inşaat materialları, qapı-pəncərə, interyer, tikinti texnikası, havalandırma və istilik sistemləri, kombi qızdırıcıları, plastik boru və birləşmələr, radiatorlar, qapalı dövrəli nəzarət televiziyası və müşahidə sistemləri (“CCTV”), qəza-xilasetmə texnikaları, informasiya qoruyucu vasitələr, “smart” kartlar, İD (eyniləşdirmə) texnologiyaları, yanğın təhlükəsizliyi üçün vasitələr və bir sıra digər məhsullar təqdim ediləcək. “BakuBuild 2016” sərgisinin fərqləndirici cəhəti elit mebellərin geniş çeşidini nümayiş etdirməyə hazırlaşan mebel şirkətlərinin fəal iştirakıdır. Builki sərginin sponsorları “Corella” brendi (“NB Group”) və “Akkord Sement” şirkəti, informasiya tərəfdaşı isə “Dom i İnteryer” jurnalıdır.

Ənənəvi olaraq, sərgi mövsümünə Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgisi (29 noyabr-2 dekabr). ilə yekun vurulacaq. Bu sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. “Bakutel 2016” sərgisinin digər fərqləndirici xüsusiyyəti isə Kommunikasiya və Şəbəkələr, Biznes üçün rəqəmsal həll variantları, İT infrastrukturu və məlumatların emalı və saxlanması mərkəzləri, İT xidmətləri kimi ənənəvi sektorlarla yanaşı, audio-video sistemlər, bank texnologiyaları, peyk rabitəsi sistemləri və teleradio yayımı sahələrinin inkişaf etdirilməsi olacaq. Bu il Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də sərgidə fəal iştirak edəcək. Nazirliyin stendi sərgi kompleksinin birinci zalında yerləşəcək və ölkədə reallaşdırılan, eləcə də gələcək üçün planlaşdırılan  dövlət İKT layihələri üzrə məlumat mərkəzinə çevriləcəkdir.

 Beləliklə, Azərbaycan Respublikasının paytaxtını bir daha biznes sahəsi üçün məhsulları əyani şəkildə təqdim etmək və potensial müştərilərlə şəxsi əlaqələr qurmaq üçün imkan yaradan ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir. “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirmişdir ki: “- Sərgi fəaliyyəti inkişaf etmiş sənaye ölkələrində həm ticarət, həm də iqtisadiyyat üzrə siyasətin mühüm vasitəsidir, belə ki, sərgi məhsul və xidmətləri təbliğ etmək, sənaye istehsalını modernləşdirmək, ixrac həcmini artırmaq, şəhər infrastrukturunu inkişaf etdirmək, büdcəyə birbaşa və dolayı maliyyə gəlirlərini artırmaq, eləcə də yeni iş yerləri açmaq üçün səmərəli mexanizmdir. Ümumdünya Sərgi Assosiasiyasının “UFİ” məlumatlarına əsasən, müxtəlif ölkələrdə iqtisadi və geosiyasi problemlərə baxmayaraq, dünya sərgi sənayesi inkişaf etməkdədir. Azərbaycanda payız sərgi mövsümünə hazırlıq qrafik üzrə gedir, xarici şirkətlərin Azərbaycana marağı isə durmada artır (orta hesabla, sərgilərdəki xarici iştirakçıların sayı 50%-dən artıq təşkil edir). Biz göstərdikləri dəstəyə görə dövlət strukturlarına və tərəfdaş şirkətlərə öz dərin minnətdarlığımızı bildirir və Bakı Ekspo Mərkəzində keçirilən sərgilərdə mütəxəssislərin yolunu gözləyirik!”

Artıq sərgilərin veb-saytlarında “Fast Track” sürətli elektron qeydiyyat sistemi fəaliyyət göstərir. Cəmi bir neçə dəqiqə çəkən bu proses Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir. Ziyarətçilərin sərgiyə girişi pulsuzdur. Sərgilər, habelə onların ziyarətçi və iştirakçılara təklif etdikləri xidmətlər barədə daha ətraflı məlumatlarla www.iteca.az, veb-saytında, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrində tanış ola bilərsiniz. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

#ItecaCaspian

Frame.az

12734046_1295721753775074_5426211804513578971_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!