Bakıda BY KEPI şourumun açılışı baş tutdu-FOTO-lar

Fevralın 27-də Türkiyə brendi olan BY KEPI-nin Bakıda şourumunun möhtəşəm açılışı baş tutdu.

Tədbir zamanı qonaqlara həm klassik, həm də modern üslübda mebellər, ev əşyaları, ofis mebelləri nümayiş olundu. Qeyd edək ki, BY KEPI 2001-ci ildən təsis edilib və Türkiyədə “haute couture” stilində mebellər təsis edən yeganə zavoda sahibdir. BY KEPI-nin İstanbul, İzmir və Bursada mebel mərkəzləri fəaliyyət göstərir. Mərkəz Bakıdan sonra İran və digər ölkələrdə də mərkəzlərin açılışını planlaşdırıb. Tədbir zamanı bir sıra dizaynerlər və iş adamları mərkəzin qonağı oldular.

Qeyd edək ki, “Дом и Интерьер” jurnalı açılışın media partnyoru idi.

Tədbirdən fotoları sizə təqdim edirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: