Bakıda klassik musiqisi konserti keçiriləcək

Noyabrın 24-də  saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Azərbaycan Respublikasının  Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək.
Konsertdə Karl Veberin – “Der Freischütz” operasına uvertüra, Lüdviq van Bethovenin – Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin – Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.

Biletləri şəhərimizin kassalarında və iticket.az saytında əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: