EventsMotivasiyaPsixologiyaSağlamlıqTəqdimat

Bakıda Koqnitiv Davranış Terapiyaları Konfransı keçiriləcək

21 iyun 2018 tarixində Prof. Dr. Mehmet Sungurun təqdimatı ilə “Koqnitiv Davranış Terapiyaları” Konfransı keçiriləcək. Konfrans koqnitiv davranış terapiyalarının nəzəriyyəsi və praktikası ilə bağlı bir çox mövzunu əhatə edəcək.

Konfransın spikeri Türkiyə Koqnitiv Davranış Terapiyaları Dərnəyinin sədri və Marmara Universiteti Tibb fakultəsi, psixiatriya kafedrasının professoru Dr. Mehmet Sungurdur.
Prof. Sungur, Koqnitiv terapiya, Cinsi Disfunksiya Terapiyası (Seks terapiyası), Evlilik və ailə terapiyaları sahələrində dünyada tanınmış mütəxəssislərdəndir. Mərkəzi ABŞ-da yerləşən Beck Akademiyasının həmtəsisçilərindən olan Prof. Sungur son 30 ildəki çalışmaları ilə koqnitiv terapiyanın təkmilləşdirilməsində də mühim rol oynamışdır.
2000-ci ildə Avropa Koqnitiv Davranış Terapiyaları Assosiyasiyasının (EABCT) prezidenti seçilən Prof. Sungur, bu il isə mərkəzi ABŞ-da yerləşən Beynəlxalq Koqnitiv Terapiya Assosiasiyasının (International Association for Cognitive Psychotherapy (IACP)) növbəti prezidenti seçilmişdir.

Prof Sungur haqqında ətraflı məlumat üçün: www.mehmetsungur.com.tr

Konfransda iştirak ödənişlidir: 80 manat (tələbələrə / rezidentlərə 60 manat). Konfransın sonunda sertifikat təqdim olunacaq.

Aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/a33jbgq57rdWfk2i2

Əlavə məlumat üçün:
Tel / Whatsapp: 055 737 99 46
E-mail: akademikaevents@gmail.com

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!