EventsFashionTəqdimat

Bakıda Mercedes Benz Fashion Week-in növbəti dəb həftəsi baş tutub

İyunun 15-dən 17-dək Bakıda Mercedes Benz Fashion Week-in növbəti dəb həftəsi baş tutub. Daha öncədən də təşkilatçıların qeyd etdiyi kimi bu dəfəki dəb həftəsi “Azərbaycan-Neft ölkəsi” adlandırılıb və Cümhuriyyətimizin 100 illiyinə həsr edilib. Üç gün davam edən nümayişlər zamanı tamaşaçılar, tədbirə dəvət olunmuş xüsusi qonaqlar və media nümayəndələri bir-birindən maraqlı, zəngin və baxımlı kolleksiyaların şahidi olublar. Dəb həftəsinin ilk günü açılış zamanı podiumda yer gələcəyimiz olan kiçik fidanlara verilib. “Little Models agency” -nin kiçik modelləri “Little Miracle” adlı kolleksiyanı nümayiş etdiriblər. Balaca modellər öz profesionallığı, bacarıqları ilə zala toplaşan qonaqları heyrətləndirə biliblər. Qeyd edək ki, üç fərqli dizaynerlərin geyimlərinin yer aldığı bu kolleksiyada əl işləri, xüsusi arnametli geyimlər və həmçinin idman üslüblü geyimlər yer alıb. Gecə Zülfiyyə Sultan və  digər yerli dizaynerlərin koleksiya nümayişləri ilə başa çatıb.

Dəb həftəsinin ikinci günü qonaqlara Anara Zakirli, Nigar Atakişizadə və Aida Məmmədovanın kolleksiyaları təqdim olunub.

Möhtəşəm həftənin sonuncu günüdə isə tamaşaçılara stilist  Salman İsmayılovdan fərqli və maraqlı konsepsiyada Barber Şou və həmçinin xüsusi olaraq Mercedes Benz Fashion Week üçün Bakıya qonaq gəlmiş Avstralliyada yaşayan həmyerlimiz Hajar Gala-nın kolleksiyası təqdim olunub. Qeyd edək ki, Hajar Gala Avstralliyada çox məşhur dizaynerlərdən biri sayılır. O həmçinin Paris moda həftəsində və eləcə də bir sıra xarici dəb həftələrində dəfələrlə iştirak edib.

Həmçinin üç gün ərzində şou room fəaliyyət göstərib. Burada qonaqlar yerli dizaynerlərin əl işləri, geyimləri və yerli brendlərimiz ilə yaxından tanış olublar.

Mercedes-Benz Absheron avtomobil salonunun təqdim etdiyi GLC 250 4MATIC avtomobili isə dəb həftəsinə ayrıca gözəllik qatıb.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!