Ən Son

Bakıda “Öyrənməyi öyrənmək” mövzusunda 2-ci Beynəlxalq Təlim Konfransı keçiriləcək

Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” mövzusunda 2-ci Beynəlxalq Təlim Konfransı keçiriləcək.

Qeyd edək ki, iki gün baş tutacaq konfransda Real Düşüncə, Real Öyrənmə, Öyrənməyi Reallaşdır, Öyrənməyə Liderlik kimi hər bir müəllimə vacib olan bir sıra məruzələr, həmçinin konfrans sonrası master-klasslar təşkil olunacaqdır.

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Sizi 16 və 17 noyabr 2017-ci il tarixlərində keçiriləcək “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2017-ci il tarixində baş tutacaq konfrans sonrası “Master klass” seminarlarında görməkdən məmnunluq hissi duyacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən binasında keçiriləcəkdir.

Bu ilki konfrans “Öyrənməyi öyrənmək” mövzusuna köklənəcəkdir. Konfrans müddətində iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər.

Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagirdlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaqdır.  Konfrans iki tanınmış beynəlxalq tədqiqatçını Leyn Klark (Kanada) və Mətt Bromli (BK) Bakıda bir araya gətirəcəkdir. Leyn və Mətt beynəlxalq tədqiqat, düşüncə və öyrənmənin “işığında” bizləri tədris təcrübəmizi yenidən nəzərdən keçirməyə ruhlandıracaqlar. Əsas məruzəçilərimizlə yanaşı, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında müxtəlif mövzularda təqdimat edəcəklər.

Leyn Klark və Mətt Bromli kimi beynəlxalq səviyyəli təhsil ekspertlərinin əsas məruzəçi kimi çıxış edəcəyi “Öyrənməyi öyrənmək” mövzusunda 2-ci Beynəlxalq Təlim Konfransına bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

http://conference-2017.azteachers.az/registration/az/

Əlavə məlumat üçün: 0502901695 / 0125991967

Konfransın informasiya dəstəkçisi Frame.az saytıdır

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!