Bakıda portuqaliyalı rəssamın sərgisi açılacaq

Noyabrın 17-də Muzey Mərkəzinin sərgi qalereyasında Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi və fəxri konsulluğu tərəfindən bu ölkənin məşhur rəssamı Carlos Motanın “Found and findings” adlı beynəlxalq rəsm sərgisi açılacaq.

Frame.az xəbər verir ki, sərgi noyabrın 23-dək davam edəcək.

Carlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi rəssam müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir. Bu əsərlər müasirliyin nə olduğunu açıq-aydın gözlər önünə gətirərək, özündə hərəkət, enerji və həyatı məna daşıyır.

Onun yaradıcılığı rəsmdən əlavə, fırça və boya ilə ötürülən fövqəltəbiiliyin ifadəsidir. İstifadə olunan materialdan, əsərlərinin əsas vurğulayıcı məqamından, çoxtərəfli və dolğun ssenarisindən asılı olmayaraq, o, tamaşaçıları ruhunun ən dərin guşəsinə çəkib aparır. Bu konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradıcılıqdır.

Portuqaliyanın Ponta Delgada şəhərində anadan olan rəssam Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində daxili memarlıq üzrə təhsil alıb. Hazırda Lissabonda yaşayan rəssam 1993-cü ildən etibarən mütəmadi olaraq, həm öz ölkəsində, həm də ölkəsindən kənarda fərdi və kollektiv sərgilər təşkil edir. Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya daxil olmaqla bir sıra ölkələrdə nümayiş olunub.

Onun yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində ekranlaşdırılıb və bir sıra Portuqaliya televiziya kanallarının mədəniyyət proqramlarında işıqlandırılıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: