CinemaTəqdimatƏyləncə

Bakıda “Quzu Şon-Femaqeddon” animasiya filmi nümayiş olunacaq

“Quzu Şon” dünyada ən tanınan personajlardan biridir

“Quzu Şon-Femaqeddon” MDB ölkələri arasında ilk dəfə “VOLGA” Film şirkətinin təşkilatçılığı ilə yanvarın 16-da Bakı kinoteatrlarında, bundan sonraki tarixlərdə isə Azərbaycanın bir çox rayonlarında nümayiş olunacaq.

Frame.az xəbər verir ki, “Quzu Şon-Femaqeddon” animasiya komediyası ən yaxşı animasiya filmi kimi BAFTA mükafatına namizəd olub. Film artıq “British Independent Film Awards” mükafatına layiq görülüb.

Bu il 25 yaşı tamam olan əfsanəvi quzunun sərgüzəştlərindən bəhs edən “Quzu Şon-Femaqeddon” animasiya komediyasının treyleri təqdim edilir.

Birinci tammetrajlı “Quzu Şon” animasiya filmi Böyük Britaniya kinoteatrlarında 22 milyon dollar toplayıb. “Quzu Şon” dünyada ən tanınan personajlardan biridir. “Quzu Şon”un mövzusuna həsr olunmuş məhsulları dünyanın 170 ölkəsində tapmaq olar.

Animasiya filminin rejissorları Uill Beçer və Rişard Felan, ssenari müəllifləri Nik Pars və Mark Bertondur.

Animasiya barədə: Dünyada ən məhşur quzunun qalaktikalararası sərgüzəştləri. “Uçan nimçə”nin qəzaya uğramasından sonra Yer kürəsinə dəcəl və cazibədar Lu-La adında yadplanetli qonaq düşür. Burada özünə Quzu Şon kimi yeni dost tapır. Yalnız Şon onu ovçulardan xilas edib, evə qayıtmağa kömək edə bilər. Onlar bir yerdə heç bir quzunun dırnağı dəyməyən yerə getməli olacaqlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!