Bakıda Royal Collection Butikində UTOPIA Brendinin Yeni Kolleksiyasının Təqdimatı Keçirildi.

Royal Collection butikində  UTOPIA brendinin “Night Fever” kolleksiyasının təqdimatı keçirildi.

Royal Collection butikində dünya şöhrətli  UTOPIA  brendinin yeni “Night Fever” kolleksiyasının təqdimatı üçün Bakıya brendin baş icraçı direktoru Anna Gayya və kommersiya direktoru Simon Stefani təşrif buyurublar.

Brendin “Night Fever” kolleksiyası 21-ci əsrin qlamur tərzi ilə, 70-ci illərdə aktual olan həndəsi formalarından ilhamlanaraq yaranmışdır. Qiymətli, rəngli qaşlarla bəzədilmiş üzən mirvarili boyunbağılar, həcmli formalarda olan sırğa və üzük modelləri bütün diqqətləri üzərinə çəkərək unudulmaz obraz yaradır. Cənub dənizlərinin incə mirvariləri və damla formasında gözqamaşdıran brilliantlar, həqiqətən məftunedici tamaşa yaradır.

Bu möhtəşəm italyan zərifliyini əks etdirən kolleksiya ilə Bülbül pr. 30 ünvanında yerləşən Royal Collection butikində tanış ola bilərsiniz.

Italdizain Group

14947449_1254616377894375_2648735367314687814_n 14947839_1254616371227709_3403233274536902705_n 14937302_1254616507894362_49517028604977835_n 15056509_1254616654561014_3315356749119217678_n 14991927_1254616637894349_6541880849956472070_n 15036341_1254616747894338_4297594345832609725_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: