EventsOxu zalıTəqdimat

Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib

Rusiya Yazıçılar Birliyinin təşəbbüsü, “Leyla Khazari” Art-Galereyasının dəstəyi ilə tanınmış rusiyalı şairə Yekaterina Xlebnikovanın Bakıda ilk dəfə yaradıcılıq gecəsi keçirilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşkilatçılığı ilə “Leyla Khazari” Art-Galereyasında keçirilən gecədə yazıçılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.

Gecəni qalereyanın rəhbəri Leyla Xəzəri açaraq qonaqları salamlayıb və dəvəti qəbul edib gəldiklərinə görə hər kəsə təşəkkür edib.

Sonra səhnəyə şairə Yekaterina Xlebnikova çıxaraq bütün təşkilatçılara və qonaqlara minnətdarlığını bildirib. O, Azərbaycana və Azərbaycan ədəbiyyatına olan sevgisindən danışaraq bu ölkədə onun ilk dəfə poeziya gecəsinin keçirilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra Yekaterina Xlebnikova balaban, fleyta və tütəkdə Rauf Zeynalovun və musiqiçi Vasif Hüseynzadənin müşaiyətlərilə özünün şeirlərini səsləndirib.

Ardınca “Xarı bülbül” şokalad firmasının “Sarı Gəlin” şokalad qutusu Yekaterina Xlebnikovaya təqdim edilib. Sonda Rusiya Yazıçılar Birliyinin nümayəndəsi, ictimai xadim Səadət Qarayeva iki ölkə arasında mədəni tədbirlərin mühümlüyünü vurğulayaraq, qonaqlara və bu gecənin sponsorlarına; Safari Azərbaycan Ov Klubuna, Rusiyanın “GrottBjorn” şirkətinə, Azərbaycanın ilk qablaşdırılmış su brendi “Badamlı”ya, “Xarı bülbül” şokalad firmasına, Gəncə şərab zavoduna təşəkkür edib.

Qeyd edək ki, gecəyə informasiya dəstəyini “Kanal5” tv və “Kanal5.az” saytı verib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!