FashionFrame LifePR-TanıtımTəqdimat

Bakıda Sandro Ferrone lüks geyim butiki açıldı

Bakıda məşhur İtalyan brendi Sandro Ferrone lüks geyim butiki açıldı.

Açılış mərasimində çıxış edən Sandro Ferrone şirkətinin ixrac üzrə meneceri Tereza Hidalqo (Teresa Hidalgo) bildirdi ki, Sandro Ferrone brendi moda aləmində öz unikal biznes-modeli ilə məşhurdur. Şirkətin strategiyası olan “Fast Fashion” (sürətli moda) mənası, hal-hazırda yalnız ilin mövsümünə aid ən dəbli geyimlərin istehsal olunması, habelə kolleksiyaların daima yeni modellərlə əvəzlənməsi mənasını daşıyır.”Sandro Ferrone” brendinin geyim tərzi hər zaman yerinə uyğun olan eleqantlıqdır.

Qadınların arzu və tələbatlarından ilhamlanaraq, “Sandro Ferrone” şirkəti istehlakçıların tələblərinə mükəmməl şəkildə cavab verən ən aktual modellər yaratmağa çalışır. Yaradıldığı gündən bəri, brend yüksək keyfiyyətli məhsulların istehsalına yönəlib, xüsusi diqqət detallara və parlaq orijinal dizayna yetirilir. Heçnə gözəl və gözəçarpan rəngli İtalyan geyimi kimi,qadınlarda təbəssümə və pozitiv əhval-ruhiyyəyə səbəb ola bilməz. Şirkətin təsisçisi Alessandro Ferrone mətbuat konfransların birində demişdir: “İstehsal etdiyim paltarları, həyatda daima gülümsəyərək addımlayan xanımlara həsr edirəm”.

Əlverişli qiymətlər və yüksək keyfiyyət “Sandro Ferrone” brendinə dəbli geyimlər biznesində yeni üfüqlər fəth etməyə imkan verir. Və bu gün biz çox şadıq ki, Sandro Ferrone öz 60 illik yubileyini, dünyanın ən gözəl və məftunedici şəhərlərindən biri olan məhz Bakıda yeni butik açmaqla ilə qeyd edir.

İtalyanın Azərbaycandakı səfirliyinin birinci katibi Umberto Boeri tədbirə qatılan moda həvəskarlarını Azərbaycanın mərkəzində eleqant qadın geyimi butikinin açılışı münasibəti ilə təbrik etdi və “Sandro Ferrone”-yə Azərbaycanda daha çox uğurlar əldə etməyi arzuladı.

Azərbaycanda kiçik bir İtaliya atmosferini yaratmağa çalışaraq, müğənni Leyla İzzətova və məşhur DJ KEN tandemi axşam boyunca qonaqları İtalyan motivləri və Azərbaycan nəğmələri ilə sevindirdi. Dəvət olunanlar brendin yeni kolleksiyasını qonaqlara nümayiş etdirən modellərin iştirakı ilə moda dəfiləsini şəxsən izləyə bildilər.

“Sandro Ferrone”– 1958-ci ildə təsis edilmiş və hal-hazırdadünyanın 35 ölkəsində 200 butikə sahib İtalyanın ultradəbli, eleqant və zərif paltarlar istehsal edən dizayner brendidir.

Butikin Bakı şəhərindəki ünvanı: Zərifə Əliyeva küçəsi 17, Muzey Mərkəzininarxasında (keçmiş Lenin muzeyi).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!