Frame LifeSosialTəqdimat

Bakıda “Transfer Qiyməti: Tətbiqi və Beynəlxalq Təcrübə”mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) və Böyük Dörtlüyün (“Deloitte Azərbaycan”, “EY Azərbaycan”, “KPMG Azərbaycan”və “PwC Azərbaycan”) birgə təşkilatçılığı ilə “Transfer Qiyməti: Tətbiqi və Beynəlxalq Təcrübə” mövzusunda konfrans keçirilib.

2017-ci ildə Azərbaycanda transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi barədə qaydalar qəbul edilib və cari ilin fevral ayından qüvvəyə minib. Konfransın əsas məqsədi transfer qiymətinin tətbiqini dəstəkləmək və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.

Azərbaycanda “AmCham”ın prezidenti Nuran Kərimov konfransda çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, daha sonra isə sözü Azərbaycan Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadəyə verib. Zaur Fətizadə öz növbəsində Azərbaycanda “AmCham” belə bir əhəmiyyətli tədbirin təşkili üçün təşəkkürünü bildirib və Azərbaycanda transfer qiymətinin tətbiqi ilə bağlı Vergilər Nazirliyinin həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransın ilk təqdimatı “Deloitte Rusiya”nın vergi üzrə direktoru Aleksey Sobçuk tərəfindən “Rusiyada TQ-nin inkişafı, Rusiyanın ilk TQ audit təcrübəsi və TQ-nin tətbiqinin ilkin mərhələsində vergi ödəyicilərinin ümumi səhvləri” mövzusunda edilmiş və daha sonra “Deloitte Azərbaycan”ın baş meneceri Nərmin Aslanova “TQ təhlilinin inkişaf etməkdə olan ölkələrdə praktiki çətinlikləri” mövzusunda öz fikirlərini iştirakçılarla bölüşüb.

Növbəti təqdimat “EY Ukrayna”nınTQ üzrə partnyoru İqor Çufarov tərəfindən “TQ məqsədləri üçün müqayisəli əməliyyatlar barədə məlumat. Ümumi qaynaqlara və məlumat bazalarına baxış. Ukrayna və MDB ölkələrinin təcrübəsi” mövzusunda edilib,onun ardınca “EY Azərbaycan”ın baş meneceri Ülvi Yusifov“Azərbaycan TQ Qaydaları çərçivəsində əməliyyatların müxtəlif növləri üçün müqayisəli əməliyyatlar barədə məlumatların kazuslarla araşdırılması” mövzusunda çıxış edib.

Daha sonra konfransa xüsusi qonaq qismində dəvət edilmiş Ukrayna Dövlət Fiskal Xidmətinin Audit Departamentinin TQ şöbəsinin rəhbəri Nikolay Mişinə söz verilib. O, Ukraynada TQ qaydalarının tarixi, qəbul edilməsi və tətbiqi barədə təqdimat edib. Bununla yanaşı, Nikolay Mişin bu sahədə Vergilər Nazirliyi və özəl sektorun əməkdaşlığının əhəmiyyətdən bəhs edib.

Növbəti olaraq “KPMG Niderland”ınTQ üzrə partnyoru Yens Karreman “Niderlandda TQ üzrə sənədləşdirmə, inkişafın 15 ili. Azərbaycan üçün tövsiyələr” mövzusunda, “KPMG Niderland”digər əməkdaşı Maurits Stuyt isə “Öncədən qiymətləndirmə razılaşmaları – vergi ödəyiciləri və vergi orqanları arasında TQ üzrə qarşılıqlı əlaqə” mövzusunda təqdimatla çıxış ediblər.

Tədbirin son təqdimatları “PwC Qazaxıstan”ın Avrasiyada TQ üzrə rəhbəri Anuar Muxanov tərəfindən “Avrasiyada TQ-nin inkişafı” və “PwC Azərbaycan”ın TQ üzrə meneceri Rəşad Abbasov tərəfindən “Azərbaycan TQ qaydaları biznesə necə təsir edə bilər” mövzularında edilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!