Bakıda türk dizaynerin geyimləri hər kəsi heyran etdi

Mayın 27-də “Mercedes-Benz Fashion Week” dəb nümayişi çərçivəsində türkiyəli dizayner Raşit Bağzıbağlının kolleksiyası nümayiş olunub.
 
Frame.az xəbər verir ki, dəb həftəsi çərçivəsində biri-birindən gözəl libaslar podiumda sərgilənib. Dizayner kolleksiyasına 1970 illərdən ilham alaraq başladığını, ən sevdiyi rənglərin sarı mavi və bənövşəyi olmasından dolayı bu tonlardan istifadə etdiyi söyləyib.
Bakıya xüsusi kolleksiya hazırladığını qeyd edən dizayner geyimlərinin bəyəniləcəyinə ümid etdiyini bildirib.
“Təşkilatçılığa söz ola biləməz. Bizim üçün əllərindən gələni ediblər. Modellerin saçı, makyajı bir sözlə hər şey yüksək səviyyədə təşkil olunub. Arzu edirəm ki, hər mövsüm bu formada davam etsin”.
Qeyd etmək yerinə düşər ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.
Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: