EventsFestivallarMusiqiMədəniyyətTəqdimat

Bakıda “Unsound” festivalı keçiriləcək

“Unsound Dislocation: Bakı” 2016-cı və 2018-ci illərdə Goethe-İnstitutunun dəstəyi ilə Şərqi Avropada, Mərkəzi Asiyada və Qavqazda keçirilən unikal layihənin bir hissəsidir. “Unsound Dislocation”- nın əsas məqsədi dünyanın müxtəlif yerlərində “mərkəz” və “periferiya” arasında yaranan münasibətləri əhatə edən mədəniyyət tədbirlərinin keçirilməsini və mədəni fəaliyyətin aktivliyini dəstəkləməkdir. Bu layihə çərçivəsində növbəti festival Bakıda, 01.06.2018 və 02.06.2018 tarixlərində keçiriləcəkdir.

“Unsound” – başlanğıcını 2003-cü ildə Krakov şəhərindən götürmüş beynəlxalq elektron eksperimental musiqi festivalıdır. Bu, müxtəlif incəsənət formalarını (səs, video, teatr, müasir media) birləşdirən səhnədir. “Unsound”London, Nyu York, Adelaida, Toronto kimi müxtəlif şəhərlərdə keçirilmişdir.

“Unsound Dislocation: Bakı”festivalı çərçivəsində konsertlər, klub partiləri, musiqiçilərlə görüşlər keçiriləcəkdir. Livan əsilli berlinli musiqiçi Rabi Beaini (Rabih Beaini) alman kilsəsində klub proqramı çərçivəsində texno, caz, eksperimental musiqini, Yaxın Şərq və İndoneziya ritmlərini birləşdirərək unikal və eklektik DJ şəbəkəsi ilə canlı cıxış edəcəkdir. Kilsədə həmçinin audio-vizual performanslar üzrə avstraliyalı maestro Robin Foks (Robin Fox) özünün “Single Origin” adlı unikal lazer şousu iləçıxış edəcəkdir.

Sintetik klubundaiki gecə ərzində tədbirlər silsiləsi planlaşdırılır. Rabi Beaini ilə yanaşı klub proqramlarında Bakıda ilk dəfə çıxış edən AlmaniyadanErorsmit (Errorsmith) və Kangding Rey (Kangding Ray), Qazaxıstan təmsilçisi

Nazira, həmçinin “Unsound”- un polşalı rezidenti Dj Oliviya (DJ Olivia) kimi musiqiçilər iştirak edəcəklər. Birgə səyləri ilə onlar Almatadan Berlinə qədər klub musiqisinin ən yeni ənənələrini əsrarəngiz spektrdə təqdim edəcəklər. Bu tədbirə yerli kaloriti onların Bakıdan olan Həzi Kərim, Toğrul, Naşkatze və Leo Həzri kimi kolleqaları verəcəklər.

Festival proqramına həmçinin gün ərzində keçiriləcək tədbirlər, musiqiçilərlə görüşlər və s. daxildir.

Tədbirin Proqramı:

CÜMƏ – 01.06.2018

Kamera və orqan musiqi zalı (Alman kilsəsi)
Ünvan:28 may küç. 41

19:00 – Rabih Beaini (LB/DE) live
20:30 – Robin Fox (AU) live laser show

Sintetik
Ünvan:Səməd Vurğun küç. 26(44)

00:00 – Hazi Karim (AZ) dj set
02:00 – Kangding Ray (FR/DE) live
03:00 – Olivia (PL) dj set
05:00 – Toghrul (AZ) dj set

ŞƏNBƏ / SATURDAY 02.06.2018

ZION hostel
Ünvan:Əlövsət Quliyev küç. 101

17:00 – The Development of Electronic and Experimental Music Scenes, with Mat Schulz
(AU/PL) and Nazira (KZ)
18:00 – The Creative Process and Innovation in Music, with Robin Fox (AU), Rabih Beaini
(LB/DE) and Kangding Ray (FR/DE)

Sintetik
Ünvan:Səməd Vurğun küç. 26(44)

23:00 – Dihaj (AZ) live
00:00 – Naschkatze (AZ) live
01:00 – Errorsmith (DE) live
02:00 – Rabih Beaini (LB/DE) dj set
03:30 – Nazira (KZ) dj set
05:30 – Leo Hazree (AZ) dj set

“Unsound Dislocation: Baku” festival çərçivəsində keçirilən bütün tətbirlərə giriş pulsuzdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!