Bakıda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək

Oktyabrın 1-dən 10-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, “IDEA” İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən bildirilib ki, müxtəlif məişət tullantılarından hazırlanan sənət əsərlərinin təqdim ediləcəyi sərgidə bu il Azərbaycanla yanaşı, Türkiyə, İran, Ukrayna, Hindistan, ABŞ, Böyük Britaniya, Rusiya və Almaniyanın incəsənət adamları iştirak edəcəklər.

Sərginin məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: