Bakıda xanımlar üçün növbəti seminar keçirilib

Oktyabrın 22-də Bakıda İlin həkim terapevti Afət Əsgərzadənin təşəbbüsü ilə növbəti seminar keçirilib. Bu dəfəki seminar sırf xanımlara həsr olunub və stressin xanım psixologiyasına təsirindən bəhs edilib. Tədbiri giriş sözü ilə açan həkim-terapevt Afət Əsgərzadə hal-hazırki dövrlərdə xanımların stressə daha çox məruz qaldığından, ailə daxili problemlərin xanım psixologiyasına təsirindən və xanımların bu kimi hallarda depressiyadan qurtulması yollarından danışıb.

Qeyd edək ki, tədbirdə həmçinin qonaq qismində dəvət olunmuş Akademik M.Qasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamilələr şöbəsinin ali dərəcəli cərrah mama-ginekoloqu Sevil xanım Tarikuliyeva da çıxış edib. O çıxışını son zamanlar xanımlar arasında daha çox yayılmış kista, fioma kimi patoloji hallara həsr edərək, hər bir xanımın sağlam ailə təməlini qurması, dünyaya sağlam övlad gətirməsi üçün ildə azı iki dəfə ginekoloqa müraciət etməsini vacib olaraq xüsusi ilə vurğulayıb.

Seminarda həmçinin Ukraynadan Bakıya xüsusi olaraq dəvət olunmuş Odessa emosional sağlamlıq mərkəzinin əməkdaşları Alena Romanşina və Ekaterina Kraveç də iştirak ediblər. Onlar Bakıda bu kimi seminarların təşkil olunması hallarını alqışlayıb, növbəti seminarların Ukraynada keçirilməsi təşəbbüsünü də irəli sürüblər.

Səmimi aurada davam edən seminar kofe fasiləsi və həvəsləndirici lotoreya ilə sona çatıb.

Qeyd edək ki, seminarda bir sıra media nümayəndələri də iştirak edib.

İnformasiya dəstəyi Frame.az-a məxsusdur.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: