Bakıda yerli keçi südünün satışına başlanılıb

Müştərilərin məmnuniyyətini və sağlam qida təminatını qarşıya əsas məqsəd qoyan “Ketchi” markası 100% təbii keçi südünün satışına başlamışdır.
Belə ki, “Ketchi” markası müştərilərin sağlamlığı üçün hər həftənin cümə, şənbə və bazar günlərini Keçi Südü Günü elan edir. Keçi Südü Günlərində müştərilər 100% təbii keçi südünü Bakının supermarket şəbəkələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda və həmçinin dünyada keçi südü inək südünə nisbətən çox az tapılır. Bütövlükdə süd bazarının təqribən 2%-ni təşkil edən keçi südü dərman və ya eksklüziv qida kimi təqdim olunur.
Əksər ölkələrlə müqayisədə Azərbaycanın bu cəhətdən bəxti gətirib. Belə ki, Ağcabədidə yerləşən BMS Aqro MMC tərəfindən təsis olunmuş keçi fermasında 3 mindən çox südlük keçi saxlanılır. Artıq iki ilə yaxındır ki, “Ketchi” markası Qarabağ Motal Pendiri, Duzlu Keçi Pendiri və başqa pendir növlərinin istehsalı və satışı ilə məşğuldur. Məhsulla bağlı hər hansı sualınız varsa şirkətlə əlaqə saxlaya bilərsiniz.
Keçi südünün faydaları
 Əksəriyyətimiz keçi südünün ana südünə ən yaxın süd olduğunu həkimlərdən eşitmişik. Keçi südünün digər südlərlə müqayisədə daha çox faydalara sahib olduğu barədə həkimlərin danışıqlarının da tez-tez şahidi oluruq. Görəsən bu həqiqətən də belədirmi?
Amerika Birləşmiş Ştatlarının ən qabaqcıl ali təhsil ocaqlarından sayılan Stanford Universiteti və tibb elmləri üzrə dünyanın bir sıra aparıcı araşdırma mərkəzləri keçi südünün ana südünü əvəz edə biləcəyi, hətta yeni doğulan körpələrdə keçi südündən istifadənin ölüm ehtimalını azalda biləcəyini qeyd edirlər.
Araşdırmalar zamanı məlum olub ki, keçi südü bütün yaş qruplarında insanlar üçün digər südlərdən qat-qat daha faydalıdır. Belə ki, keçi südü qızdırma, iltihab və infeksiyalarla mübarizədə effektiv nəticələr vəd edir. Bununla yanaşı metabolizmanı aktiv saxlayır və orqanızmanın ümumi funksionallığına müsbət təsir göstərir.
Kalsium, maqnezium, fosfor, selenium, kalium, A, B1, B2 vitaminləri və bir sıra digər elementlərlə zəngin tərkibə malik keçi südü körpələrin sağlamlığına, uşaqların fiziki inkişafına, gənclərin möhkəmliyinə və yaşlı insanların gümrahlığına nail olmaq üçün gündəlik qida rasionuna daxil edilməlidir.
Nə üçün ana südünə ən yaxın süd hesab olunur?
 Yuxarıda qeyd olunduğu kimi keçi südü ana südünə ən yaxın süd hesab olunur və bir sıra ölkələrdə doğum evlərində ana südü əvəzləyicisi kimi istifadə olunur. Bunun əsas səbəbi onun tərkibindəki maddələrə görə deyil. İnək südü ilə müqayisədəkeçi südü kimyəvi quruluşuna görə ana südünə çox yaxındır. Bu səbəbdən körpələr və bütün yaş qrupundakı insanlar üçün bu südün həzmi asandır. Eyni zamanda keçi südü tərkibindəki yağın süd molekullarında bərabər paylanması səbəbindən allergiyaya və ishala demək olar ki, yol açmır.
Mənbə: AzPress.Az
14068326_930498777077219_5769547763779990728_nFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: