FestivallarGözəllikTəqdimat

Bakıda Yoqa və Sağlamlıq Festivalı keçirilir

İyunun 16-da Dənizkənarı bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində Yoqa və Sağlamlıq Festivalı keçirilib.

Frame.az xəbər verir ki, beşinci dəfə təşkil edilən festival YARAT Müasir İncəsənət Məkanı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Builki festival “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə reallaşıb. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə gerçəkləşən festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, Şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa vəsaitləri, habelə etnik konsert və digər tədbirlər yer alacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!