Bakıdakı Formula 2 yürüşü ilin ən həyəcanlı yarışlarından biridir-Nikolas Latifi

Bakı yürüşünün şəhər treki olması maraqlı olsa da, müəyyən çətinliklər də yaradır. Burada hər hansı səhvə yer yoxdur. Elə bunun özü də həyəcan yaratmaq üçün kifayət edir.

Frame.az xəbər verir ki, bu sözləri Formula 2 yarışlarında çıxış edən “DAMS” komandasının pilotu Nikolas Latifi deyib.

Pilot bildirib ki, Bakıdakı yürüş ilin ən həyəcanlı yarışlarından biridir. Trekin Qala qapılarından keçən nöqtəsi təqvimin ən bənzərsiz, eləcə də ən dar döngələrindən biridir. Bu hissə yarışda olduqca həlledici rol oynayır. Burada qəza baş verəndə bütün yarış dayanır.

“Bolidi Bakıda trekə uyğunlaşdırmaq asan deyil. Çünki bir yandan düz hissədə maksimum sürət yığmağa, digər tərəfdən isə aşağı sürətli döngələrə hazırlaşmağa çalışırıq. İki fərqli şərtlər altında iki müxtəlif quraşdırma tələb olunur. Birinci və üçüncü döngələr ötmə əməliyyatı üçün ideal fürsətlərdir. Digər tərəfdən, Formula 2-də istənilən döngə ötmə əməliyyatı üçün fürsətə çevrilə bilər. Bu da Formula 2 çempionatının özünəməxsus xüsusiyyətlərindən biridir”, – deyə pilot bildirib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: