AirnewsSəyahətTurizmTəqdimat

Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti  – Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu – ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu – JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.

Birbaşa uçuşlar yay cədvəli çərçivəsində  həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!