EventsTəqdimat

Bakılı uşaqlar Yeni ili Luntiklə qarşılayacaqlar

Dekabrın 27-də Bakıda Heydər Əliyev Sarayında “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim ediləcək.

Trend-in məlumatına görə, tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytından əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Biletlərin sifarişi və arayışlar üçün telefon nömrəsi: (050) 354 90 54

Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Və budur, Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.

“İlk qar”

Luntik dostları ilə qarı kimin hazırladığını və haradan gəldiyini öyrənməyə çalışırlar? Bəs pəncərələrdə qış naxışlarını kim çəkir və niyə sallaq buzları yalamaq olmaz?

“Boran”

Kuzya böyüklərin məsləhətinə qulaq asmadan qonaqlığa gedərək dostları xeyli həyəcanlandırdı, lakin sadiq dostluq və Şnyuk dayının hörümçək toru dostu çətin vəziyyətdən xilas etdi.

“Qışlama”

Qış həşəratların həyatında mürəkkəb dövrdür və əgər vaxtında yaxşıca hazırlaşmasan, sərt qış tənbəl tırtılları cəzalandıra bilər.

“Yolka”

Qış tarlasında söyüd ağacənın qarşısında bütün dostlar toplaşaraq Yeni ilin yaxınlaşmasını müzakirə edirlər. Hədiyyələr hazırlamaq, qonaqları qarşılamaq və yolkanı bəzəmək necə də gözəldir. Üstəlik yolkanın bəzək əşyalarını bəlkə də heç vaxt görə bilməyəciyimiz əsl Şaxta Baba gətirirsə… Əgər Şaxta Babaya inansaq, o, mütləq gələcək.

“Yeni ilin mübarək, Luntik!”

Yeni ili qarşılamaq üşün hər şey hazırdır, qonaqlar bayram stolu arxasına yığışıblar, lakin bu zaman cəmiyyətdə özünü heç apara bilməyən “çağırılmamış” qonaqlar gəlir. Şaxta Baba Vupsen və Pupseni ifşa edir və hamı sevinclə Yeni ili qarşılayır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!