Bakının əcnəbi qonaqları “Uber”i seçir

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda daha çox “Uber” ilə hərəkət edən əcnəbi vətəndaşların sayına görə ölkərin siyahısını açıqlayıb. 2016-cı ilin göstəricilərinə əsasən, siyahya Rusiya başçılıq edir,daha sonra reytinqdə Böyük Britaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləridayanır, beşliyi isə Fransa tamamlayır.

Xidmətin bir sıra üstünlüklərinə əsaslanaraq xarici vətəndaşlar Bakıda “Uber” ilə hərəkət edir. Belə ki, tətbiqi bir dəfə yükləyərək istifadəçi ondan 73 ölkədə yararlana bilər. Nağdsız ödəniş imkanı sayəsində turistlər yetərli sayda yerli valyuta mövcudluğu barədə narahat olmaya və rahat şəkildə gedişlər həyata keçirə bilər.

“Bütün dünyada “Uber” şəhər üzrə sürətli və rahat gedişlərin sinoniminə çevrilib. Azərbaycan, Rusiya, Fransa və ABŞ-da olmağınızdan asılı olmayaraq siz sadəcə tətbiqi açırsınız, təyinat nöqtəsini işarəliyirsiniz və bir neçə dəqiqəyə avtomobilə minirsiniz. Biz istifadəçilərimizi hərəkət azadlığı ilə təmin etmək və onların iş səyahətləri və məzuniyyətlərində gedişlərin bir hissəsinə çevrilmək istəyirik”, – deyə “Uber” şirkətinin MDB-də kommunikasiya üzrə direktoru İrina Quşina bildirib.

Son illər ərzində küləklər şəhəri Qafqaz regionunda ən çox ziyarət olunan məkanlardan birinə çevrilib. Belə ki, 2016-cı ildə Azərbaycanın paytaxtını 2,2 mln. xarici turist ziyarət edib, bu da 2015-ci ilin göstəricisindən 12,1% çoxdur (Dövlət Statistika Komitəsinin məlumatına əsasən).

“Uber”i seçərək Bakının qonaqları əmin ola bilərlər ki, avtomobil onları lazımi ünvana tez, rahat və təhlükəsiz şəkildə çatdıracaq, gedişin dəyəri isə tətbiq vasitəsi ilə hesablanacaq və gediş təsdiq edilənə qədər məlum olacaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: