Bakının Ən dəbli “Ana-bala”sı seçiləcək

“High Life Model Agency”in dəstəyi ilə, 23 Sentyabr 2017-ci il tarixdə Monolit Plazada Bakının Ən Dəbli “Ana-bala” Moda müsabiqəsi (Best Mom Prince & Princess) təşkil olunacaq.

Artıq 4-cü dəfə reallaşacaq layihə “ailə dəbi” üzrə dizayner Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir.

Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, “Ana-bala dəbi” üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir.

Layihəyə “Cahan” Uşaq Bağçası da təşkilati dəstək verir. Müsabiqədə iştirak edən “Ana-oğul” və ya “Ana-qız” cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaq.

Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri müəyyən edilərək mükafatlandırılacaqlar.

Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplom qazanacaqlar, nominasiyalarla təltif ediləcəklər.

Qeydiyyat davam edir: 0503960021,

İnstagram : best_mom_prince_princess

Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: